- Köhnə - Hadisə
- 2 Fevral 2018 10:37
- 6 989
“Parnik”də zəhərlənən qadınla bağlı - Açıqlama
Tovuz rayonunda zəhərlənmə hadisəsi baş verib.
AzNews.az xəbər verir ki, hadisə rayonun Qovlar kəndindəki istixanada qeydə alınıb. İstixanada fəhlə işləyən Nicayət Mehdiyeva tüstüdən zəhərlənib.
Tovuz rayon Mərkəzi Xəstəxanasından AzNews.az-a verilən məlumata görə, Nicayət Mehdiyeva müayinə olunub və onun həyatında hər hansı təhlükə olmadığından evə buraxılıb.
Bahar RÜSTƏMLİ
AzNews.az