Astarada qətl - Rusiyadan təzə gəlmişdi

Astara rayon sakini evində ölü tapılıb.

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, rayonun Kolatan kənd sakini Vüsal Qasım oğlu Hüseynov hələlik məlum olmayan şəraitdə baş nahiyəsindən küt alətlə vurularaq öldürülüb.

40-45 yaşlarında olduğu bildirilən V.Hüseynov evdə tək yaşayırmış. O, bir neçə gün əvvəl Rusiya Federasiyasından rayona qayıdıb.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şəhər Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.