- Köhnə - Hadisə
- 12 Fevral 2018 17:30
- 6 796
Sərxoş oğlan asma körpüyə çıxaraq özünü öldürmək istədi - Bakıda
Bakıda, aeroport şossesində bir nəfər asma körpüyə çıxaraq intihara cəhd edib.
“Report”un məlumatına görə, ərazidə olan polisin əməkdaşları həmin şəxsin intihar etməsinin qarşısını ala bilib.
O, saxlanılaraq polis idarəsinə aparılıb. Araşdırma zamanı intihar etmək istəyən şəxsin 1989-cu il təvəllüdlü Hafiz Salmanov olduğu müəyyən edilib.
H.Salmanovun intihar etmək istəyən zaman sərxoş vəziyyətdə olduğu məlium olub.
AzNews.az