Biləsuvar rayonunda çobanın bıçaqlanması ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb. Biləsuvar rayonunda çobanın bıçaqlanması ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb.

Çoban bıçaqlandı - Yenilənib

Biləsuvar rayonunda çobanın bıçaqlanması ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb.

AzNews.az Report-a istinadən xəbər verir ki, 30 yaşlı Davud Bayramovu onun həmkəndlisi, 17 yaşlı Yardımlı rayon Alar kənd sakini Murad Şahverənov bıçaqlayıb.

Məlumata görə, M.Şahverənovun mal-qarası D.Bayramova məxsus fermanın ərazisinə girib. Buna görə də D.Bayramov M.Şahverənovu döyüb. Nəticədə də M.Şahverənov D.Bayramovu kürək nahiyəsindən bıçaqlayıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub.

Yardımlı rayonunun Alar kəndindən olan hər iki çoban Biləsuvarın Səmədabad kəndində yerləşən fermada çobanlıq edirlər.

Faktla bağlı araşdırma aparılır.

***

Biləsuvar rayonunda çoban bıçaqlanıb.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Səmədabad kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini, Davud Bayramov kürək nahiyəsində bıçaqlanıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub.

İlkin məlumata görə, çobanlıqla məşqul olan D.Bayramov Səmədabad kəndi ərazisində yerləşən fermada çalışan digər çoban tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az