- Köhnə - Hadisə
- 16 Fevral 2018 16:23
- 2 711
66 yaşlı qadını avtomobil vurdu
Gəncə şəhərində 66 yaşlı piyadanı avtomobil vurub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib.
Belə ki, yolu keçmək istəyən Gəncə şəhər sakini, 1952-ci il təvəllüdlü Hamayıl Məmmədəli qızı Cəfərovanı "VAZ-2107" markalı avtomobil vurub. Yaralı sürücü tərəfindən xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az