Müqayis Verdiyev “iğtişaş yaratmaqda” ittiham olunur Müqayis Verdiyev “iğtişaş yaratmaqda” ittiham olunur

İcra başçısı borclu olduğu sahibkarı həbs etdirdi

Müqayis Verdiyev “iğtişaş yaratmaqda” ittiham olunur




Bu yaxınlarda İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevlə problem yaşayan, ancaq sonradan qalib gəldiyi tenderin pulunu geri alan iş adamı Müqayis Verdiyev buna görə ölkə başçısına təşəkkür məktubu yazıb. Məktubun mürəkkəbi qurtarmamış isə oan təzyiqlər yenidən başlayıb. Bu barədə "Azadlıq"a sahibkarın yaxınları məlumat verib.

Onların sözlərinə görə, Müqayis Verdiyevin təzyiqlərə məruz qalmasının səbəbkarı Goranboyun icra başçısı Nizaməddin Quliyevdir. Belə ki, iş adamı Goranboy rayonunda bir sıra işlər görüb və nəticədə İcra Hakimiyyəti ilə aralarında 256 min manatlıq borc yaranıb. Həmin pulu istəyən Müqayis Verdiyev bundan sonra icra başçısı Nizaməddin Quliyevin qəzəbinə gəlib. Ardından isə pulu vermək istəməyən icra başçısı onu rayonda iğtişaş yaratmaqda ittiham edib.

Bu gün səhər saatlarında isə iş adamı anasının yas mərasimində həbs olunub.

AzNews.az