Bakıda qadınalar aksiya keçirdi

8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə bir qrup qadın İçərişəhərdə aksiya keçirib. "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi tərəfindən təşkil olunan "Arzular Divarı" adlı aksiyada yüzə yaxın qadın iştirak edib. Aksiya iştirakçıları qala divarları üzərinə asılan bəyaz parçalara öz arzularını yazıblar. 21-ci əsrdə qadınlara qarşı şiddət faktlarının artığını səsləndirən aksiya iştirakçıları etiraz edərək şiddətsiz, normal bir həyat istədiklərini dilə gətiriblər.

AzNews.az