Tofiq Yaqublunun məhkəməsi təxirə salındı

Həbsdə olan Müsavat başqanının müavini, "Yeni Müsavat"ın yazarı Tofiq Yaqublunun bu günə nəzərdə tutulmuş məhkəməsi təxirə salınıb.

Bu barədə "Yeni Müsavat"a məlumat verən vəkili Nemət Kərimli bildirdi ki, martın 14-ü, saat 11:30-da Nəsimi Rayon Məhkəməsində keçirilməli olan proses mart ayının 18-i saat 12-yə təyin edilib.

Qeyd edək ki, bugünkü məhkəmədə T.Yaqublunun barəsində seçilən həbs-qətimkan tədbirinin uzadılması işinə baxılmalıydı.

Vəkil N.Kərimli bildirib ki, bundan əvvəl T.Yaqublunun vəkillərinin onun ev dustaqlığına buraxılması barədə vəsatəti təqdim edildiyindən məhkəməni təxirə salmalı olublar.

Xatırladaq ki, T.Yaqublu İsmayıllı hadisələrinə görə həbs edilib. O, əhalini iğtişaşlara təhrik etməyə çağırışda ittiham olunur. Beynəlxalq və yerli hüquq-müdafiə təşkilatları onun dərhal azadlığa buraxılmasını tələb edir.

AzNews.az