Elçibəyin hədiyyəsindən “imtina edən” bəstəkar

Dünya şöhrətli bəstəkar Arif Məlikov eks-prezident Əbülfəz Elçibəyin ona bağışladığı hədiyyədən "imtina" edib. Bəstəkar mərhumun vaxtiylə ona bağışladığı Qara Qarayevin portretini Musiqi Mədəniyyəti Muzeyinə təqdim edib. Bu barədə "kulis.az"a Arif Məlikovin özü məlumat verib.

Ə.Elçibəyin köməkçisi Oqtay Qasımov AzNews.az-a açıqlamasında bildirdi ki, hədiyyənin muzeyə verilməsinin səbəbini yalnız A.Məlikovun özü deyə bilər: "Bunun doğru izahını yalnız Arif Məlikov verə bilər. Amma mən Eiçibəyin Arif Məlikova bağışladığı hədiyyə barədə xəbərsizəm. Əgər Arif müəllim Elçibəyin ona verdiyi hədiyyəni götürüb hər hansı bir şəxsə versəydi buna başqa cür yanaşma ola bilərdi. İndiki halda isə burada hansısa gizli məqsəd axtarılmasının tərafdarı deyiləm. Görünür, Elçibəy verdiyi həmin hədiyyə bəstəkar üçün qiymətli olduğundan Arif Məlikov onu muzeyə təqdim edib! Mən əslində bunu belə də qiymətləndirirəm".

Bahar Rüstəmli
AzNews.az