10 yaşlı uşaq ağacdan yıxılaraq ağı yaralandı

Şamaxı rayonunda 10 yaşlı uşaq ağacdan yıxılaraq ağır xəsarət alıb.

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Muğanlı qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 2008-ci il təvəllüdlü Cavid Vadil oğlu Rəsulov həyətlərindəki alça ağacından yıxılıb.

O, ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.