- Köhnə - Hadisə
- 18 May 2018 16:42
- 5 447
43 yaşlı kişi elektrik dirəyindən yıxıldı
Şamaxı rayonunda 43 yaşlı kişi elektrik dirəyindən yıxılaraq ağır xəsarət alıb.
"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Mədrəsə qəsəbəsində qeydə alınıb.
Belə ki, 1975-ci il təvəllüdlü Temiraz Alvis oğlu Allahverdiyev qəsəbədə naqilləri təmir edərkən elektrik dirəyindən yerə yıxılıb. Yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxananın Cərrahiyyə şöbəsindən verilən məlumata görə, T.Allahverdiyev ağır kəllə-beyin travması alıb, vəziyyəti kafidir.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az