Gədəbəy rayonunun Zəhmət kəndində yol-nəqliyyat hadisəsi baş verib. Gədəbəy rayonunun Zəhmət kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Gədəbəydə maşın yoldan çıxaraq aşdı - Yaralı var

Gədəbəy rayonunun Zəhmət kəndində yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az Report-a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü kənd sakini Hüseynov Səməd Məhəmməd oğlunun idarə etdiyi "VAZ-21011" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.

Nəticədə sürücü xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.