Ağstafaçayda məktəblinin batmasının təfərrüatı məlum olub. Ağstafaçayda məktəblinin batmasının təfərrüatı məlum olub.

Ağstafaçayda məktəbli batdı - Yenilənib (Təfərrüatlar)

Ağstafaçayda məktəblinin batmasının təfərrüatı məlum olub.

AzNews.az Report-a istinadən xəbər verir ki, bir neçə məktəbli uşaq həmin ərazidə çimən zaman 8-ci sinif şagirdi Elnar Muradxan oğlu Mustafayev suda batıb.

Onunla birlikdə olan uşaqlar qorxub ərazidən uzaqlaşıblar. Yaxınlıqdan keçən şəxslərdən biri çayın sahilində paltar və mobil telefon tapıb. Bununla bağlı polisə məlumat verilib. Əraziyə hüqüq mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb olunub. Aparılan axtarışlar nəticəsində uşağın meyiti tapılıb və müayinə olunmaq üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qazax rayon şöbəsinə aparılıb.

Qeyd edək ki, E.Mustafayev Bakı şəhərindən Qazax rayonunun Ağköynək kəndinə qonaq gəlibmiş.

***

19:13

Qazaxda Ağstafaçayda məktəblinin batdığı ehtimal olunur.

AzNews.az APA-ya istinadən xəbər verir ki, çayın Qazax şəhərindən keçən hissəsində 13-14 yaşlı oğlanın paltarları tapılıb.

Şahidlər bir müddət əvvəl bir neçə məktəblinin çayda çimdiyini görüblər. Hazırda çay kənarında tapılan paltarların kimə məxsus olduğu araşdırılır.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

image description image description image description