- Köhnə - Hadisə
- 1 İyun 2018 13:34
- 10 302
Sərnişin avtobusu “KamAZ”la toqquşdu: 30 yaralı - Yenilənib
Bakı-Qazax yolunda aşan turist avtobusunun sərnişinləri orta məktəb şagirdləri və onların valideynləri olub.
APA-nın Gürcüstan müxbirinin verdiyi məlumata görə, Gürcüstanın Qori şəhərindən olan orta məktəb şagirdləri və onların valideynləri Bakıya ekskursiyaya yollanıblar.
Avtobusda olan 20 uşaq və 10 valideyn müxtəlif dərəcəli xəsarətlər alıb.
***
13:03
Bakı-Qazax yolunda sərnişin avtobusu “KamAZ” markalı yük maşını və “Mercedes” markalı avtomobillə toqquşub.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, avtobusda Tbilisidən Bakıya gələn Gürcüstan vətəndaşı olan 54 turist olub. Onlardan 20-yə yaxını xəsarət alıb.
Yük maşını və minik avtomobili ilə toqquşan avtobus yoldan çıxaraq kənardakı yaşıllıq zonasına girib.
***
12:36
Bakı-Qazax yolunda sərnişin avtobusu aşıb.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Hacıqabul rayonun Atbulaq qəsəbəsi ərazisində qeydə alınıb.
Çoxyerli avtobusun “KamAZ” markalı yük maşını ilə toqquşaraq aşdığı bildirilir.
İlkin məlumata görə, çoxlu sayda xəsarət alan var.
AzNews.az