- Köhnə - Hadisə
- 7 İyun 2018 19:11
- 4 579
Rusiyada poliqonda partlayış - Yaralılar var

Rusiyanın Leninqrad vilayətində hərbi poliqonda partlayış baş verib.
Trend-in məlumatına görə, həmin poliqonda İkinci Dünya müharibəsi illərindən qalan hərbi sursatın məhv edilməsi prosesi həyata keçirilir.
Qeyd olunur ki, partlayış nəticəsində xəsarət alanlar var.
Hələlik parltayışın səbəbləri məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.
AzNews.az