- Köhnə - Hadisə
- 13 İyun 2018 23:34
- 7 255
İranda 4,7 bal güclü zəlzələ
İranın cənub-şərq bölgəsində 4,7 bal gücündə zəlzələ baş verib.
APA-nın xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.
Yerli vaxtla saat 21:17-də qeydə alınan yeraltı təkanların episentri Kirman şəhərindən 149 km şimal-şərqdə, ocağı 12 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.
AzNews.az