- Köhnə - Hadisə
- 14 İyun 2018 23:21
- 8 495
Samuxda 1 yaşlı uşaq yandı
Samux rayonunda 1 yaşlı uşaq bədbəxt hadisə nəticəsində xəsarət alıb.
AzNews.az Report-a istinadən xəbər verir ki, rayonun Əhmədbəyli kəndində 1 yaşlı Hüseyn Hüseynovun üzərinə yaşadığı evdə qaynar su tökülüb.
Müxtəlif yanıq xəsarətləri alan uşaq yaxınları tərəfindən xəstəxanaya aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.