Bakıda 3 otaqlı, Beyləqanda 8 otaqlı ev yanıb

Bakı və Beyləqan şəhərlərində yaşayış evlərində yanğın hadisələri qeydə alınıb.

AzNews.az-a FHN-dən verilən məlumata əsasən, paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 140 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 30 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.