Bu gün səhər saatlarında Bakıda dəhşətli yol qəzası baş verib. Bu gün səhər saatlarında Bakıda dəhşətli yol qəzası baş verib.

Bakıda dəhşətli qəza - 3 nəfər öldü

Bu gün səhər saatlarında Bakıda dəhşətli yol qəzası baş verib.

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, Pirallahı yolunda "VAZ 2106" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq işıq dirəyinə çırpılıb.

Zərbənin gücündən avtomobilin arxa oturacağında əyləşən sürücünün həyat yoldaşı Sona Əliyeva və övladı, 4 aylıq Rəna hadisə yerində vəfat edib.

Avtomobili idarə edən 33 yaşlı İsmixan Əliyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.