Füzuli sakini kimyəvi maddə içərək özünü öldürdü

Şirvanda intihara cəhd edən Füzuli sakini xəstəxanada ölüb.

AzNews.az APA-ya istinadən xəbər verir ki, Şirvanda məskunlaşan Füzuli sakini, 1977-ci il təvəllüdlü Məmmədova Nəzakət Mürşüd qızı kimyəvi maddə içib.

Qadın qida borusunun və yuxarı tənəffüs yollarının kimyəvi yanıq xəsarəti ilə ağır vəziyyətdə Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Şirvanda məskunlaşan Füzuli sakini, 1977-ci il təvəllüdlü Məmmədova Nəzakət Mürşüd qızı həkimlərin səylərinə baxmayaraq xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

İntiharın səbəbləri müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.