Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elektrik enerjisi ilə təchizatında bir neçə saatlıq fasilə yaranıb. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elektrik enerjisi ilə təchizatında bir neçə saatlıq fasilə yaranıb.

AMEA bir neçə saat işıqsız qaldı

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elektrik enerjisi ilə təchizatında bir neçə saatlıq fasilə yaranıb.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin "Report"a verdiyi məlumata görə, buna səbəb AMEA-nın daxili elektrik sistemində yaranmış problem olub.

"Əməkdaşlarımız hadisə yerində olub və problemi aradan qaldırmağa kömək ediblər. Artıq elektrik enerjisinin verilişi bərpa olunub", - o deyib.

AzNews.az