Bu gün saat 13.00 radələrində Bakı Metropoliteninin “Nizami” stansiyasında bədbəxt hadisə baş verib. Bu gün saat 13.00 radələrində Bakı Metropoliteninin “Nizami” stansiyasında bədbəxt hadisə baş verib.

Bakı metrosunda bədbəxt hadisə

Bu gün saat 13.00 radələrində Bakı Metropoliteninin “Nizami” stansiyasında bədbəxt hadisə baş verib.


Hadisə şahidlərinin dediklərinə görə, metronun platformasına düşən eskalatorda 3-4 yaşlı oğlan uşağı yıxılıb və ciddi xəsarət alıb.

Məlumata görə, eskalator platformaya enərkən azyaşlı özünü itirib və yıxılıb. Onun əli eskalatorun fırlanaraq yerini dəyişən pilləkənlərin arasında qalıb. Eskalatorların hərəkətinə nəzarət edən növbətçi qadın dərhal hərəkəti dayandırıb. Azyaşlının dəmir pilləkənlər arasında qan içində qalmış əli çıxarılıb və o, dərhal tibb məntəqəsinə aparılıb.

Bakı Metropoliteninin Mühafizəsi Üzrə Polis Şöbəsindən bildirilib ki, hadisə polis tərəfindən qeydiyyata götürülməyib.

AzNews.az