10 baş xırdabuynuzlu heyvanı elektrik cərəyanı vuraraq öldürdü

Ağdamda 10 baş heyvanı elektrik cərəyanı vuraraq öldürüb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Kolqışlaq kəndində baş verib.

Kənd sakini Əliyev Şahid Bayram oğluna məxsus xırdabuynuzlu heyvanlar artezian quyusunun elektrik cərəyanı keçirməsi nəticəsində tələf olub.

Faktla bağlı araşdırma başlanıb.

AzNews.az