Sumqayıtda dənizdə boğulma hadisəsi baş verib. Sumqayıtda dənizdə boğulma hadisəsi baş verib.

Dəniz daha bir can aldı

Sumqayıtda dənizdə boğulma hadisəsi baş verib.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə Dənizkənarı Bulvar ərazisində qeydə alınıb.

Belə ki, Xəzər dənizinin Sumqayıt şəhərinin Dənizkənarı Bulvar ərazisinə düşən hissəsində orta yaşlı kişinin batdığı məlum olub. Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları cəlb olunaraq meyiti sudan çıxarıblar. Hazırda onun kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az