Azərbaycanlı gənc qız Türkiyənin Muğla əyalətində bədbəxt hadisə nəticəsində faciəli şəkildə həyatını itirib. Azərbaycanlı gənc qız Türkiyənin Muğla əyalətində bədbəxt hadisə nəticəsində faciəli şəkildə həyatını itirib.

Azərbaycanlı qız Türkiyədə şəlalədən yıxılaraq öldü - Video

Azərbaycanlı gənc qız Türkiyənin Muğla əyalətində bədbəxt hadisə nəticəsində faciəli şəkildə həyatını itirib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Muğla bölgəsində yerləşən Kabak Koyu turizm ərazisində olan şəlaləyə getmək üçün Məryəm Ömərova dağlıq ərazi ilə 2 kilometrə yaxın yol qət edib.

Məqsədi Aladere şəlaləsinin yuxarı hissəsinə çatmaq olub. Şəlaləyə az qalmış Kabak Koyunda qayalıqdan düşən azərbaycanlı qadın həyatını itirib.

2 saat əməliyyatdan sonra qadının meyiti düşdüyü ərazidən götürülüb. Meyit Fethiye dövlət xəstəxanasının morquna aparılıb.

Ərazinin bələdiyyə başçısı Hasan Karabulut açıqlamasında bildirib ki, Aladere şəlaləsindəki yaşanan hadisədə azərbaycanlı turistin hayatını itirməsi kədərlənirik:

“Şəlalənin olduğu əraziyə 1,5 saatlıq yol var. Bu yol çox təhlükəlidir. Turistləri bu kimi təhlükəli qayalıqlara dırmaşmamağı tövsiyə edirik”.