- Köhnə - Hadisə
- 8 İyul 2018 21:10
- 5 252
Türkiyədə 360 nəfəri daşıyan qatar relsdən çıxdı - Ölən və yaralılar var (Fotolar)
Türkiyə, Tekirdağ əyalətinin Çorlu bölgəsində sərnişin qatarı qəzaya uğrayıb.
AzNews.az Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Ədirnə-İstanbul marşrutu üzrə hərəkət edən qatarın altı vaqonu relsdən çıxaraq aşıb.
İlkin məlumatlara görə, qəza nəticəsində 10 nəfər ölüb, daha 73 nəfər yaralanıb.
Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. İlkin məlumata əsasən, qəza zamanı qatarda 360 sərnişin olub.