2 gün ərzində baş vermiş yol qəzalarında 7 nəfər ölüb

İyulun 14-dən 16-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, daxili işlər orqanları tərəfindən iki gün ərzində 177 cinayət faktı qeydə alınıb, onların da 27-si “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.