- Köhnə - Hadisə
- 25 Mart 2013 20:51
- 1 773
Yolu keçmək istəyən qadını maşın vurdu

Gəncədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib
Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin Nizami küçəsində baş verib. "Mercedes" markalı avtomobili idarə edən 1989-cu il təvəllüdlü Tamil Həsənov yolu keçmək istəyən 42 yaşlı Vüsalə Qafarovanı vurub. Qadın hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.
AzNews.az