“Bu, itkin düşməkdən daha çox uşaq oğurluğuna bənzəyir”. “Bu, itkin düşməkdən daha çox uşaq oğurluğuna bənzəyir”.

Xaçmazda itkin düşən 3 yaşlı uşaqla bağlı daha bir versiya - “Oğurlayıblar”

“Bu, itkin düşməkdən daha çox uşaq oğurluğuna bənzəyir”.

Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində itən 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlundan danışarkən deyib. Sədr hadisənin qisas məqsədi ilə edilən oğurluğa bənzədiyini hesab edir:

“3 yaşında uşaq qəfildən getmir. Uşaq tanıdığı insana tərəf gedib. Bu qisas məqsədi ilə edilən oğurluğa bənzəyir. Özü də 3 yaşlı uşaq çox uzaq gedə bilməz. Ən azından ağlaya bilər. Uşağı oğurlayıblar”.

Qeyd edək ki, iyulun 22-də 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində itkin düşüb. 3 yaşlı uşağın axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" helikopteri cəlb olunub. Həmin axtarışların nəticəsi olaraq Novruzov İsmayıl Elçin oğlu iyulun 23-də tapılaraq ailəsinə təhfil verilib.

3 yaşlı Novruzov İsmayıl Elçin oğlunun dayısı Məhəmməd Mehdiyev də "ölkə.az"a açıqlamasında uşağın oğurlanmasını təsdiqləyib.

Bahar RÜSTƏMLİ
AzNews.az