Ağsu dolaylarında yenidən yanğın başlayıb. Ağsu dolaylarında yenidən yanğın başlayıb.

Ağsu dolaylarında meşə zolağında yenidən yanğın başladı

Ağsu dolaylarında yenidən yanğın başlayıb.

Bu barədə Trend-ə Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini İqbal Mikayılov məlumat verib.

Onun sözlərinə görə, gecə yanğın baş vermiş meşəlik ərazidə yenidən alovlanma başlayıb: "Gecə başlayan yanğın günorta saatlarında söndürülmüşdü. İndi yenidən başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin helikopterləri, yanğınsöndürmə briqadaları cəlb edilib. Hazırda yanğının qarşısının alınması istiqamətində işlər görülür".

Qeyd edək ki, Ağsuda həmin ərazidə gecə saatlarında yanğın başlamış və yanğın gündüz saatlarında söndürülmüşdü.