- Köhnə - Hadisə
- 3 Avqust 2018 14:59
- 5 428
Daha bir rayonda meşə yanır
Lerik rayonunun Günəşli kəndi yaxınlığında meşəlik ərazidə (mürəkkəb relyefli yüksək dağ massivi) yanğın baş verib.
FHN-dən AzNews.az-a verilən məlumata görə, yanğının söndürülməsi işlərinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Cənub Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib.
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.