- Köhnə - Hadisə
- 3 Avqust 2018 15:26
- 5 888
Velosipedçi qadını maşın vurdu
Sabunçu rayonu Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən AzNews.az-a verilən məlumata görə, avqustun 2-də saat 23 radələrində Sabunçu rayonu Heydər Əliyev prospektində Bakı şəhər sakini Nəriman Abbasov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən həmyerlisi Vüsalə Yusifzadəni vurub.
Xəstəxanaya yerləşdirilmiş V.Yusifzadə orada ölüb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
AzNews.az