Yevlax şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yevlax şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yevlaxda piyadanı avtomobil vurub

Yevlax şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, şəhərin mərkəzi küçələrindən birində yolu keçmək istəyən 1994-cü il təvəllüdlü Cəmilli Murad Mətləb oğlu "VAZ-2106" markalı avtomobil tərəfindən vurulub.

Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.