Əcəli cərəyanla gəldi

Sabirabad rayonunda yerli sakin bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, rayonun Surra kəndində yerləşən restoranlardan birində mexanik işləyən 1965-ci il təvəllüdlü Cəfərov Usubəli Əliqulu oğlunu ehtiyatsızlıqdan elektrik cərəyanı vurub.

Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az