- Köhnə - Hadisə
- 14 Avqust 2018 00:00
- 4 392
Mingəçevirdə nişanda kütləvi zəhərlənmə - Gəlin və daha 7 nəfər xəstəxanalıq oldu (Video)
Mingəçevirdə nişan mərasimi zamanı kütləvi zəhərlənmə olub. Nişanlı qızın özü də zəhərlənib.
AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, hadisə şəhərin Günəşli yaşayış massivində keçirilən məclisdə qeydə alınıb.
Yeyib-içən qonaqlardan 10-a yaxını qəfildən özünü narahat hiss edib. Ev sahibi Araz Aşurov deyir ki, zəhərlənənlər arasında nişanı olan qızı Xumarə Aşurova da olub.
Mədə bağırsaq pozuntusu keçirən 8 nəfər dərhal xəstəxanaya çatdırlıb. Səhhətlərində narahatlıq yarananlara tibbi yardım göstərlib. Xəstəxanadan verilən məlumata görə, zəhərlənlərdən 4 yaşlı Şəfa Mirzəyevanın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirlib.
Hadisənin baş vermə səbəbləri dəqiq araşdırlır. Hansı qidadan zəhərlənmə olduğunu dəqiqləşdirmək üçün analizlər götürülüb.