Jurnalistika dünyanın bütün ölkələrində ən prestijli sənət sahələrindən biridir. Elə Azərbaycanda da hər zaman belə olub. Ancaq çox təəssüflər olsun ki, SSRİ-nin dağılmasından sonra sosial-iqtisadi düzənin dağılması və ideoloji aqoniyanın güclənməsi bir tərəfdən “reket mediya”nın genişlənməsinə, bir tərəfdən də istedadsız və səriştəsiz tiplərin kütləvi informasiya vasitələrinə “əməkdaş” kimi yol tapmasına rəvac verdi. Bu tendensiya sosial şəbəkələrin təsiri ilə bir qədər də artdı. Feysbukda üç-beş status yazan, səfeh-səfeh rəylərinə “bəyənmə” toplayan redaksiyalara axışdılar. Yazar cameəsinə təsadüfən soxulan və işi-gücü sosial şəbəkələrdə ölkənin nüfuzlu adamlarını qaralamaq olan belələri jurnalistika adına əsl ləkə olublar. Jurnalistika dünyanın bütün ölkələrində ən prestijli sənət sahələrindən biridir. Elə Azərbaycanda da hər zaman belə olub. Ancaq çox təəssüflər olsun ki, SSRİ-nin dağılmasından sonra sosial-iqtisadi düzənin dağılması və ideoloji aqoniyanın güclənməsi bir tərəfdən “reket mediya”nın genişlənməsinə, bir tərəfdən də istedadsız və səriştəsiz tiplərin kütləvi informasiya vasitələrinə “əməkdaş” kimi yol tapmasına rəvac verdi. Bu tendensiya sosial şəbəkələrin təsiri ilə bir qədər də artdı. Feysbukda üç-beş status yazan, səfeh-səfeh rəylərinə “bəyənmə” toplayan redaksiyalara axışdılar. Yazar cameəsinə təsadüfən soxulan və işi-gücü sosial şəbəkələrdə ölkənin nüfuzlu adamlarını qaralamaq olan belələri jurnalistika adına əsl ləkə olublar.

Hamilə arvadını küçənin ortasında döyən “Nida”çı çıxdı

Jurnalistika dünyanın bütün ölkələrində ən prestijli sənət sahələrindən biridir. Elə Azərbaycanda da hər zaman belə olub. Ancaq çox təəssüflər olsun ki, SSRİ-nin dağılmasından sonra sosial-iqtisadi düzənin dağılması və ideoloji aqoniyanın güclənməsi bir tərəfdən “reket mediya”nın genişlənməsinə, bir tərəfdən də istedadsız və səriştəsiz tiplərin kütləvi informasiya vasitələrinə “əməkdaş” kimi yol tapmasına rəvac verdi. Bu tendensiya sosial şəbəkələrin təsiri ilə bir qədər də artdı. Feysbukda üç-beş status yazan, səfeh-səfeh rəylərinə “bəyənmə” toplayan redaksiyalara axışdılar. Yazar cameəsinə təsadüfən soxulan və işi-gücü sosial şəbəkələrdə ölkənin nüfuzlu adamlarını qaralamaq olan belələri jurnalistika adına əsl ləkə olublar.

Son günlərdə mediada “Tanınmış jurnalist hamilə həyat yoldaşını döydü” başlıqlı yazılara rast gəlirik. Bəs, görəsən, kimdir bu “tanınmış jurnalist”? Anar Gəraylı?

Onu “tanınmış” edən nədir bəs? Hansı yazısı, müsahibəsi, məqaləsi, açıqlaması? Bəlkə Facebook-da əksər vaxt ayıq olmayan başla yazılmış statuslar? Yox, Azərbaycanda nə belə jurnalist var, nə də müqəddəs vəzifəsi xalqın bilgilənməsinə xidmət etmək olan jurnalistika belələrinin məsuliyyətini öz çiyninə almalıdır!..

O adam əslində “Nida”çıdır! Gündüz bir çox xəbər portallarında çalışıb, qonorar və maaş alıb, axşam da öz radikal müxalifətçi dostları ilə həmin paraları eyş-işrətə sərf edib, laqqırtı vurub və həmin laqqırtıları sosial şəbəkəyə daşıyıb. Səhərdən-axşamacan hansısa hüquqlarının pozulmasından, Azərbaycanın demokratik ölkə olmamasından dəm vuraraq dəfələrlə xaricə siyasi mühacirət etməyə cəhd göstərib. Hətta bu məqsədinə nail olmaq üçün məqsədli şəkildə polisə müqavimət göstərib və 10 sutka müvəqqəti təcridxanada yatıb ki, dosyesinə Qərbdə ciddi yanaşsınlar. Sonra da dinc dayanmayıb, gah təqib edilməsi, gah da təzyiqlərə tuş gəlməsi barədə ağ yalanlar uyduraraq at kimi cəmiyyətin üzünə dirənib.
İndi bu içki düşkünü – həyat yoldaşının açıqlamasına görə, alkoqolizmdən müalicə də alıb- öz arvadını küçənin ortasında təpiyin altına salıbsa, bunun jurnalistikaya nə dəxli var? Bu, əslində uğursuz və aqressiv olduqları halda “Avropa-Avropa” deyə qiyyə çəkənlərin iç üzüdür.

Türk törəsində, Azərbaycan xalqının tarixi düşüncəsində qadın qutsaldır! Qadına əl qaldırmaq nədir, hamilə qadına acıqlanmaq belə yolverilməzdir. Amma Anar Gəraylı kimi milli-mənəvi dəyərlər sisteminə yad biriləri üçün bu cür müqəddəs yanaşmaların heç bir önəmi olmayıb, görünür, heç olmayacaq da! Necə deyərlər, dostunu göstər, deyim kimsən. Anar Gərəylanın bir zamanlar dolaşdığı çevrədəkilərin bir çoxu Azərbaycanın əxlaqi dəyərlərinə zidd tiplər kimi məşhurdur. Sorağı bütün dünyaya yayılmış “Siçan zəhəri” söhbətini təzədən açmağa gərək varmı?

Fərid Pənahov,
AzNews.az

image description image description image description