Mingəçevir şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Mingəçevir şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mingəçevirdə yol qəzası - Azyaşlı xəsarət aldı

Mingəçevir şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında İslam İslamzadə küçəsində baş verib.

Markası hələ ki, naməlum olan avtomobil yolu keçən 2012-ci il təvəllüdlü şəhər sakini Quluzadə İmaməli Məhəmməd oğlunu vuraraq ona xəsarət yetirib.Yaralı uşaq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.