- Köhnə - Hadisə
- 16 Avqust 2018 12:21
- 3 940
Qarışqaya görə 16 min manat sığorta aldı

Azərbaycanın sığorta şirkətlərindən biri səfər sığortası üzrə 15 644 manat ödəniş həyata keçirib.
AzNews.az-ın “Report”a istinadən verdiyi məlumata görə, müştəri ABŞ-ın Texas ştatında olarkən, onu qırmızı odlu qarışqa sancıb.
Nəticədə vətəndaş allergik reaksiya səbəbi ilə tibb müəssəsinə aparılıb və sığorta şirkəti onun xərclərini ödəyib.
AzNews.az