Genuyada ölənlərin sayı 41-ə çatdı

Avqustun 14-də İtaliyanın Genuya şəhərində avtomobil körpüsünün dağılması nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ərazidə axtarış-xilasetmə işlərini davam etdirən işçilər bildiriblər.

Dağıntılar altında içində bir ailə - ata, ana və 9 yaşlı oğulları - olan avtomobil tapılıb.