- Köhnə - Hadisə
- 19 Avqust 2018 13:49
- 3 670
Kürdəmirdə zəncirvari yol qəzası - Yaralı var
Kürdəmir rayonunda zəncirvari yol qəzası baş verib.
"Report'un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Atakişili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Əvvəlcə "Hyundai Tucson", ardınca isə "VAZ-2107" markalı minik avtomobilləri "VAZ-21015"ə çırpılıb. Nəticədə "015"in sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az