- Köhnə - Hadisə
- 5 Sentyabr 2018 17:46
- 6 438
Avtomobilin salonunda gizlədilmiş mobil telefonlar və aksesuarlar aşkar olunub - Video
Daxil olan əməliyyat məlumatı əsasında, Gürcüstandan Azərbaycan Respublikasına gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "BMW 320" markalı nəqliyyat vasitəsi "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib.
AzNews.az Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, baxışdan öncə, sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.
Lakin yoxlama nəticəsində, nəqliyyat vasitəsinin salonundan hər iki qabaq oturacağın içərisindən 1 ədəd "Samsung Galaxy J3 Pro", 4 ədəd "Samsung Galaxy J6", 1 ədəd "Samsung Galaxy J2 pro", 1 ədəd "Samsung Galaxy prime pro" markalı mobil telefonlar, 6 ədəd yükləyici başlığı, 6 ədəd USB kabel və 4 ədəd qidalandırma cihazı aşkar edilib.
AzNews.az