Yaşlı qadını camış vurdu

Tovuzda orta yaşlı qadını camış vurub.

AzNews.az “Trend”ə istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib.

Kənd sakini, 1960-cı il təvəllüdlü Rəhimova Sücayət Əli qızı həyətlərində olarkən camışın hücumuna məruz qalıb.

Nəticədə qadın müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona tibbi yardım göstərilib.

AzNews.az