Tovuzdan Bakıya gələn kişi itkin düşüb. Tovuzdan Bakıya gələn kişi itkin düşüb.

Bakı polisi 60 yaşlı kişini axtarır - Yaddaş pozğunluğu var

Tovuzdan Bakıya gələn kişi itkin düşüb.

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə 1988-ci il təvəllüdlü Allahverdiyev Teymur Allahverdi oğlu müraciət edib. Bildirib ki, sentyabrın 1-də saat 10 radələrində Tovuz rayonunun Xatınlı kəndində onunla birgə yaşayan atası, 1958-ci il təvəllüdlü Allahverdiyev Allahverdi Qara oğlu yaşadığı evdən çıxaraq Bakı avtobusu ilə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsinə gəlib və oradan itkin düşüb.

T.Allahverdiyev bildirib ki, atasında yaddaş pozğunluğu var.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsində araşdırma aparılır.

AzNews.az