- Köhnə - Hadisə
- 8 Sentyabr 2018 23:03
- 7 113
Usta hündürlükdən yıxılaraq ağır xəsarət alıb
Mingəçevirdə usta iş zamanı hündürlükdən yıxılıb.
AzNews.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin "Tərəvəzçilik" adlı yaşayış massivində baş verib.
Massivdəki fərdi tikintilərdən birində çalışan 1993-cü il təvəllüdlü şəhər sakini Tofiq Mahmudov ehtiyatsızlıq nəticəsində hündürlükdən yıxılaraq ağır xəsarət alıb. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılan yaralının beyin sümüyündə çat yaranması və digər ağır xəsarətlər alması məlum olub. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
AzNews.az