Bakıda məşhur restoranda gənc oğlan faciəli şəkildə dünyasını dəyişib. Bakıda məşhur restoranda gənc oğlan faciəli şəkildə dünyasını dəyişib.

Rövşən Lənkəranskinin qohumu faciəli şəkildə öldü - Bakıda

Bakıda məşhur restoranda gənc oğlan faciəli şəkildə dünyasını dəyişib.

AzNews.az-ın Report-a istinadən xəbərinə görə, Nizamı rayonunda yerləşən “Neon Palace” restoranında Lənkəran şəhər sakini, 2002-ci il təvəllüdlü Qalib Tacəddin oğlu Əzimov ərzaq daşıyan liftlə tavanın arasında qalaraq dünyasını dəyişib.

Faktla bağlı Nizami rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.

Qeyd edək ki, dünyasını dəyişən şəxs mərhum kriminal avtoritet Rövşən Lənkəranskinin (Canıyev) qohumu olub. “Neon Palace” restoranının sahibi isə Lənkəranskinin qohumlarıdır.

AzNews.az