- Köhnə - Hadisə
- 12 Sentyabr 2018 11:29
- 6 821
"Azərişıq"ın əməkdaşı faciəvi şəkildə öldü
Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
AzNews.az publika.az-a istinadən xəbər verir ki, dünən saat 10 radələrində "Azərişıq" ASC-nin Nərimanov rayon şöbəsinin tabeliyində fəaliyyət göstərən və Yusif Səfərov küçəsi 21 ünvanında yerləşən yarımstansiyada qəza baş verib.
Belə ki, orada işləyən Qaraçuxur qəsəbə sakini, 1987-ci il təvəllüdlü Ziyəddin Əliyev cari təmizlik işləri ilə məşğul olarkən elektrik vurması nəticəsində ölüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
AzNews.az