Mingəçevir şəhərində yaşayış binasında yanğın baş verib. Mingəçevir şəhərində yaşayış binasında yanğın baş verib.

Mingəçevirdə şiddətli yanğın - Borisovu xilas edə bilmədilər

Mingəçevir şəhərində yaşayış binasında yanğın baş verib.

AzNews.az-ın Report-a istinadən məlumatına görə, hadisə şəhərin Nərimanov küçəsi, 49 ünvanında qeydə alınıb.

Belə ki, dördmərtəbəli yaşayış binasının ikinci mərtəbəsindəki mənzillərdən birində yanğın çıxıb. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

Hadisə nəticəsində mənzil sahibi, təxminən, 55 yaşlarında olan Sergey Aleksandroviç Borisov yanaraq ölüb.

Bundan başqa, 4 nəfər bina sakini tüstüdən zəhərlənib və lazımi tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az