- Köhnə - Hadisə
- 22 Sentyabr 2018 11:54
- 5 752
“Sevdiyi oğlana...” - Şəmkirdə gənc qızın intiharının təfərrüatı
Şəmkir rayonunun Dəllər qəsəbəsində 18 yaşlı qızın intiharının təfərrüatı məlum olub.
Qəsəbə sakinləri AzNews.az-a bildiriblər ki, Nişanə İsayeva bu addımı onu sevdiyi oğlana vermədikləri üçün atıb.
“Onlar ailədə 8 uşaqdır- 6 bacı, iki qardaş. Qızların bir neçəsi ailə qurub. Nişanə isə ailədə üçüncü qızdır. Hadisə sentyabrın 21-də saat 18:00 radələrində baş verib. O, özünü həyətdəki çardaqdan asıb. Deyilənə görə, Nişanəni sevdiyi oğlana vermədikləri üçün intihar edib. Hazırda araşdırma gedir”, - deyə sakinlər əlavə ediblər.
Qeyd edək ki, Şəmkirdə intihar hadisəsi baş verib. Rayonun Dəllər qəsəbə sakini 18 yaşlı Nişanə İsayeva özünü asaraq intihar edib.
Bahar RÜSTƏMLİ
AzNews.az