Sabah Azərbaycanda havanın temperaturunun yüksəlməsi davam edəcək Sabah Azərbaycanda havanın temperaturunun yüksəlməsi davam edəcək

Sabaha olan hava proqnozu

Sabah Azərbaycanda havanın temperaturunun yüksəlməsi davam edəcək



Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, aprelin 7-də hava əsasən yağmursuz olacaq.

Səhər və axşam bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 6-10 dərəcə isti, gündüz 17-22 dərəcə isti olacaq. Bəzi yerlərdə temperatur 25 dərəcəyədək yüksələcək.

Aprelin 7-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, ciskin müşahidə ediləcək. Havanın temperaturu gecə 6-11 dərəcə isti, gündüz 18-23 dərəcə isti olacaq. Bəzi yerlərdə temperatur 26 dərəcəyədək yüksələcək. Dağlarda gecə 3-8 dərəcə isti, gündüz 12-17, bəzi yerlərdə 20 dərəcəyədək isti olacağı gözlənilir.

Qeyd edək ki, aprelin 3-də havanın orta sutkalıq temperaturu Bakıda iqlim normasından 4 dərəcə yüksək olub. Maksimal temperatur Bakı və Abşeron yarımadasında 16-20, Aran rayonlarında 17-23 dərəcə isti olub. Naxçıvan Muxtar Respublikasında isə havanın temperaturu 25 dərəcəyə kimi yüksəlib.

AzNews.az