Bakıda polis qəza törətdi - Fotolar

Bu gün saat 18:15 radələrində Bakının Binəqədi rayonu ərazisində avto qəza baş verib.

10-YP–391 dövlət nömrə nişanlı yol polisi maşını 6-cı mikrorayon ərazisində idarəetməni itirərək yoldan çıxıb. Şahidlərin musavat.com-a verdiyi məlumata görə, Zərifə Əliyeva parkından "Nəsimi metrosu" istiqamətinə sürətlə hərəkət edən YPX maşını yoldakı çuxura düşüb, bu zaman sükan arxasındakı polis idarəetməni itirib və nəticədə maşın əsas yoldan yardımçı yola yuvarlanıb. Nəticədə YPX maşını ciddi əzilib, ancaq tələfat və yaralanma olmayıb. Hadisədən çəkilmiş fotoları sizlərə təqdim edirik.

AzNews.az
image description image description image description